
“Mançester Yunayted” ev oyunlarını keçirdiyi “Old Trafford”un yerində yeni stadionun tikintisinə başlamağı planlaşdırır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester klubunun rəhbərliyi yaxın vaxtlarda bununla bağlı açıqlama verəcək.
Yeni arenanın 100 min tamaşaçı tutumuna malik olacağı bildirilib.
“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 28 turdan sonra 34 xalla 14-cü pillədə qərarlaşıb.