“Qulaq asın, mən Çempionlar Liqasında iştirak etməyimizi istəyirəm"

11 Mart 18:40 İngiltərə 172
“Qulaq asın, mən Çempionlar Liqasında iştirak etməyimizi istəyirəm"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “City Report”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Çempionlar Liqasında iştirak etmək istədiklərini deyib:

“Qulaq asın, mən Çempionlar Liqasında iştirak etməyimizi istəyirəm. Oraya çatmamaq problem olacaq, amma fəlakət olmayacaq.

Premyer Liqada elə klublar var ki, Çempionlar Liqasına vəsiqə qazana bilib, sonra geri qayıdıb. “Mançester Siti” ardıcıl neçə il bu turnirdə çıxış edir?

10? Yox, daha çox. Amma buna qədər klub heç vaxt Çempionlar Liqasında iştirak etməmişdi. Biz müstəsna işlər görməyə öyrəşmişik və yenidən cəhd edəcəyik. Biz orada olacağıq!”

“Şəhərlilər” Premyer Liqa cədvəlində növbəti dəfə 5-ci pilləyə enib. Qvardiolanın komandası son turda “Nottingem Forest”ə uduzub (0:1), “Çelsi” isə bundan yararlanaraq “Lester”ə qalib gəlib (1:0) və ilk dördlüyə qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti