Ondan razıdırlar - Yay transfer pəncərəsində satmaq istəmirlər

15:20 İngiltərə 98
Ondan razıdırlar - Yay transfer pəncərəsində satmaq istəmirlər

“Mançester Yunayted”in rəhbərliyi hücumçu Coşua Zirkzedən razıdır və onu yay transfer pəncərəsində satmaq istəmir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” niderlandlı futbolçunun çıxışından razı qalıb.

Qış transfer pəncərəsi zamanı “Yuventus” və “Milan” Zirkze ilə maraqlansa da, İngiltərə klubu futbolçu ilə ayrılmağı planlaşdırmır.

23 yaşlı hücumçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər davam edəcək və onu daha bir il uzatmaq imkanı var.

O, bu mövsüm 41 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti