
İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Mançester Siti" səfərdə "Nottingem Forest"in qonağı olub.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 51-ə yüksəldən "Nottingem Forest" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 47 xalı olan "Mançester Siti" isə 4-cü yerdədir.
"Nottingem Forest" - "Mançester Siti" 1:0
Qol: Kallum Hadson-Odoy, 83