“Çempionlar Liqasında iştirak etməsək belə, top oyunçular ala biləcəyik”

00:20 İngiltərə 74
“Çempionlar Liqasında iştirak etməsək belə, top oyunçular ala biləcəyik”

Ruben Amorim inanır ki, “Mançester Yunayted” UEFA Çempionlar Liqasında iştirak etmədən belə, oyunçuları cəlb edə biləcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı bunun klubun gələcəyi üçün vacib məqam olmadığını deyib:

“Bu, klubun gələcəyi üçün vacib məqam deyil. Bu mənim fikrimdir.

Artıq üç aydır ki, buradayam. Amma başa düşürəm ki, bu, bizim mövsüm üçün çox böyük fərq yaradacaq.

Xüsusən də, ona görə ki, biz kuboklardan kənarda qalmışıq və liqada bərbad vəziyyətdəyik. Bu, çox şeyi dəyişə bilər, hətta məşqçinizə münasibətinizi belə!

“Mançester Yunayted” gələcəkdə Çempionlar Liqasında iştirak etmədən belə, top oyunçuları cəlb edə biləcək. Dəyişməli olduğumuz çox şey var və biz bunu etməyə çalışırıq”.

Amorimin rəhbərlik etdiyi “Mançester Yunayted” hazırda 27 turdan sonra Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti