
“Mançester Yunayted”in müdafiəçisi Viktor Lindelöf yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Sportinfo.az “Tribal Football”-a istinadən xəbər verir ki, isveçli futbolçu “qırmızı şeytanlar”dan azad agent kimi ayrılmağa yaxındır.
Lindelöfün “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. Onu 2013-2017-ci illərdə formasını geyindiyi Lissabon “Benfika”sı transfer etməkdə maraqlıdır.
30 yaşlı futbolçu bu mövsüm Premyer Liqada cəmi 6 oyun keçirib.