Premyer Liqa klubunun hücumçusu üzr istədi: “Bağışlayın”

5 Mart 22:00 İngiltərə 158
Premyer Liqa klubunun hücumçusu üzr istədi: “Bağışlayın”

“Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaço komandanın azarkeşlərindən İngiltərə kubokunu tərk etdiklərinə görə üzr istəyib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunu yazıb:

“Bağışlayın, “Mançester Yunayted” azarkeşləri”.

Ruben Amorimin komandası ölkə kubokunun 1/8 final mərhələsində doğma meydanda “Fulhem”lə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. “Fulhem” penaltilər seriyasında daha dəqiq olub – 4:3.

Qarnaço bu mövsüm 41 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti