
“Arsenal” Qabriel Martinelli üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
Braziliyalı fevralın əvvəlindən zədə səbəbindən meydana çıxmayıb.
Sportinfo.az “goal”-a istinadən xəbər verir ki, “topçular”ın rəhbərliyi Martinellinin cari bazar dəyərindən yaxşı təkliflər alınacağı təqdirdə, bu yay onu satmaq variantlarını araşdırmağa hazırdır.
23 yaşlı oyunçunun dəyəri 55 milyon avro qiymətləndirilir. Onun “Arsenal”la müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub və sözləşmənin daha bir mövsüm uzadılması ehtimalı var.
O, bu mövsüm Mikel Artetanın komandasında 35 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.