
Səudiyyə Ərəbistanı klubları böyük maliyyə imkanlarından istifadə edərək, Avropadan aparıcı oyunçuları cəlb etməyə davam edirlər.
Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Əl-Hilal” gözünü “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslayiyə dikib.
“Əl-Hilal” 24 yaşlı Soboslayinin transferi üçün 120 milyon avro ödəməyə hazır olacaq. “Liverpul” isə onu öz sıralarında saxlamaq istəyir.
Ancaq belə görünür ki, mersisaydlılar Səudiyyə Ərəbistanından gələn böyük təklifi geri çevirə bilməyəcəklər.
Macar futbolçu 2024/25 mövsümündə 36 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.