Premyer Liqanın daha bir klubunun transfer siyahısındadır - Nigeriyalı hücumçu

3 Mart 18:40 İngiltərə 341
Premyer Liqanın daha bir klubunun transfer siyahısındadır - Nigeriyalı hücumçu

“Napoli”nin hücumçusu Viktor Osimhen İngiltərənin daha bir klubunun diqqətini çəkib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” nigeriyalını heyətinə qatmaq istəyir. London klubu Osimheni yay transfer pəncərəsi üçün prioritet hədəf hesab edir.

Futbolçunun “Napoli” ilə müqaviləsində təzminat məbləği 75 milyon avro nəzərdə tutulub.

Daha əvvəl mətbuatda “Mançester Yunayted”in hücumçunu transfer etməkdə maraqlı olduğu barədə məlumatlar yayılıb.

Osimhen bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edir. 26 yaşlı futbolçu Türkiyə klubunun heyətində 27 oyuna çıxıb, 20 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…