
“Bornmut”un müdafiəçisi Din Heysen gələn mövsümə Avropanın başqa klubunda başlaya bilər.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Barselona” və “Bayern” maraqlanır.
Heysen əvvəllər çıxış etdiyi “Yuventus”a qayıtmağa və ya “Real”a keçməyə daha çox meyllidir. Onun potensial transferi 30-40 milyon avro dəyərində qiymətləndirilir.
İspaniyalı futbolçunun “Bornmut”la müqaviləsinin müddəti 2030-cu ilin iyunun sonunda başa çatacaq. O, Premyer Liqanın cari mövsümündə 21 oyun keçirib, 2 qol vurub.