
“Atletiko”nun hücumçusu Xulian Alvares “Mançester Siti”ni tərk etməzdən əvvəl Pep Qvardiola ilə son söhbətindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, Qvardioladan yalnız minnətdarlıq sözləri eşitdiyini söyləyib:
“Qvardiola mənə dedi ki, “bu iki il ərzində bizə verdiyin hər şeyə görə təşəkkür edirəm. Birlikdə çoxlu kuboklar qazanmışıq. Heç bir problem yaratmadın, kluba heç bir bəla gətirmədin, həmişə varını verdin”.
Bir dənə də olsun şikayət olmadı. Mən yalnız minnətdarlıq sözləri eşitdim və bu, qarşılıqlı idi”.
Madrid klubu Alvaresi keçən ilin avqustunda “Mançester Siti”dən transfer edib.