“Barselona”nın sabiq baş məşqçisi “Mançester Yunayted”dı?

27 Fevral 01:40 İngiltərə 264
“Barselona”nın sabiq baş məşqçisi “Mançester Yunayted”dı?

“Barselona”nın sabiq baş məşqçisi Xavi tezliklə məşqçiliyə qayıda bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” ispaniyalı mütəxəssislə fəal şəkildə maraqlanır.

Tərəflər arasındakı əlaqə bir neçə ay əvvəl olub, ancaq Erik ten Haqın qovulmasından sonra Xavi yeni mövsümdən işə başlamağa üstünlük verəcəyini açıqlayıb.

Buna görə də Ruben Amorim müvəqqəti həll yolu kimi seçilib. Ancaq görünür, o, ona tapşırılan vəzifələrin öhdəsindən gələ bilmir və şansını əldən verir.

Xavi bu yaxınlarda eyham vurub ki, o, tezliklə qayıtmağa hazır olacaq və bəlkə də, “Mançester Yunayted”in “sükanı arxasına” keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti