
“Lester” ardıcıl altı oyunda məğlub olaraq, Premyer Liqada qol vurmadan evdə ardıcıl məğlubiyyətlərdən sonra məşqçilər heyətində iki dəyişiklik edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər edir ki, İngiltərə klubu bu haqda açıqlama yayıb:
“Biz Dauson və Alkoka töhfə və xidmətlərinə görə təşəkkür edirik və hər ikisinə karyeralarının növbəti mərhələlərində uğurlar arzulayırıq”.
Komandanın baş məşqçisi Rud van Nistelroyun iki köməkçisi – Ben Dauson və Denni Alkok “Brentford”a 0:4 hesablı məğlubiyyətdən sonra komandadan ayrılıblar.
“Lester” 26 turdan sonra Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.