"Hücum oyunçuları yoxdur, “dişsiz” komandadır"

10:20 İngiltərə 162
"Hücum oyunçuları yoxdur, “dişsiz” komandadır"

“Arsenal”ın sabiq futbolçusu Pol Merson Çempionlar Liqasının 1/8 finalında İngiltərə klubu ilə PSV arasında baş tutacaq qarşıdurma haqda fikirlərini bölüşüb.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, İngiltərə klubunun hücumçularından şikayətlənib:

“Arsenal” – PSV matçında şanslar nə qədərdir? 50/50.

Londonluların hücum oyunçuları yoxdur, “dişsiz” komandadır.

Mərkəz hücumçusu olmaq sənət növüdür, sadəcə olaraq, hər oyunçunu bu mövqeyə qoya bilməzsən”.

London klubu İngiltərə Premyer Liqasında son oyununda doğma meydanda “Vest Hem”ə 0:1 hesabı ilə uduzub. “Arsenal”ın Çempionlar Liqasında PSV ilə oyunları martın ilk yarısında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti