La Liqadan bu müdafiəçi ilə maraqlanır - Premyer Liqa təmsilçisi

23 Fevral 20:50 İngiltərə 154
La Liqadan bu müdafiəçi ilə maraqlanır - Premyer Liqa təmsilçisi

“Valensiya”nın müdafiəçisi Kristian Moskeranın İngiltərə Premyer Liqası klubuna keçmək imkanı var.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun transferində “Liverpul” maraqlıdır.

Moskera “Liverpul”la gələcəyi bəlli olmayan niderlandlı müdafiəçi Vircil van Daykı müdafiənin mərkəzində əvəz edə bilər.

Daha əvvəl mətbuatda onunla “Real”ın maraqlandığı xəbəri yayılmışdı.

Moskera bu mövsüm La Liqada 23 oyun keçirib, 1 qol vurub. Onun “Valensiya” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 20:00 Çək və bizə göndər!