
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “şəhərlilər”ın qış transferləri haqda danışıb.
Sportinfo.az “City Xtra”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yaxşı ki, yeni oyunçuların gəldiyini bildirib:
“Son yeddi və ya səkkiz ildə bizim kimi uğurlu komandanız varsa, sizə “yeni qan” və ya yeni enerji lazımdır.
İlk növbədə, oynayan uşaqlara təzyiq göstərməyə çalışmaq, rəqabət yaratmaq, həm də, yeni bir şey gətirmək lazımdır.
İllərdir eyni şeyi edirsiz və yeni oyunçulara ehtiyacınız var. Ona görə də, yaxşı ki, onlar köməyə gəliblər. Onlar yeni bir “yanğın” gətirəcəklər”.
İngiltərə klubu qışda müdafiəçilər Abdukodir Xusanov və Vitor Reis, hücumçu Ömər Marmuş və yarımmüdafiəçi Niko Qonsaleslə güclənib.