
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Rodrinin zədəsi və onun yoxluğunun komandanın bu mövsümdəki performansına təsiri ilə bağlı suala cavab verib.
Sportinfo.az AS nəşrinə istinadən xəbər verir ki, o, ispaniyalı oyunçunu ən yaxşı futbolçu adlandırıb:
“Mançester Siti” Rodrinin zədəsi ilə bağlı problemlər yaşayır? Bəlkə də, ona görə ki, o, hazırda dünyanın ən yaxşı futbolçusudur.
“Barselona” ilə trebl qazandım… Lionel Messi olmadan buna nail ola bilərdimmi?”
2024-cü ildə “qızıl top”u qazanan Rodri Premyer Liqada sentyabrda “Arsenal”la matçda dizindən zədə alıb və mövsümün qalan hissəsini yaşıl meydandan kənarda qalıb.
“Mançester Siti” hazırda 44 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.
İngiltərə klubu Çempionlar Liqasının cari mövsümünün ümumi mərhələsində 22-ci yeri tutaraq turnirin pley-off mərhələsinə yüksəlib və burada “Real”la qarşılaşıb. İlk oyun “şəhərlilər”in 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.