"Bu böyüklükdə bir klubun eşitmək istədiyi şey deyil"

18 Fevral 00:00 İngiltərə 227
"Bu böyüklükdə bir klubun eşitmək istədiyi şey deyil"

İngiltərə millisinin sabiq futbolçusu Ceymi Rednapp “Mançester Yunayted”in problemləri ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu “Mançester Yunayted”in yüksək səviyyəli oyunçulara böyük ehtiyacının olduğunu deyib:

“Mançester Yunayted”in yüksək səviyyəli oyunçulara böyük ehtiyacı var və bu, çox vaxt və səbr tələb edəcək.

Bu böyüklükdə bir klubun eşitmək istədiyi şey deyil. “Mançester Yunayted” azarkeşisizsə, bütün bunları izləmək çox çətindir”.

“Tottenhem”ə 0:1 hesabı ilə məğlub olan “qırmızı şeytanlar” Premyer Liqanın turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.

Ruben Amorimin yetirmələri növbəti turda, fevralın 22-də turnir cədvəlində daha bir qonşusu – “Everton”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”