
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” almaniyalı yarımmüdafiəçini transfer etmək istəyir.
Münhen klubu 21 yaşlı futbolçu üçün potensial dəvət üzərində işlərə başlayıb. Mümkün sözləşmə 140 milyon avro dəyərində qiymətləndirilir.
Virts bu mövsüm 35 oyun keçirib, 15 qol vurub və 11 məhsuldar ötürmə edib. Bundan əvvəl mətbuatda “Mançester Siti”nin də onunla maraqlandığı bildirilirdi.