"Mən bunu başa düşürəm" - Qovulmaq riskindən danışdı

17 Fevral 15:40 İngiltərə 777
"Mən bunu başa düşürəm" - Qovulmaq riskindən danışdı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim gələcəkdə klubdan uzaqlaşdırılmaq ehtimalı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KiV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mən bunu başa düşürəm. Bu, məşqçi olanda etdiyin seçimdir, amma mən etdiyim işə həqiqətən inanıram.

Bilirəm ki, belə bir klubda həmişə bu cür təzyiq altında risk edirsən. Mən bunun tam fərqindəyəm”.

Portuqaliyalı mütəxəssis vəzifəsindən qovulan Erik ten Haqı əvəz edərək, noyabr ayında “sükan arxasına” keçib.

Komandanın nəticələri hələ də arzuolunan deyil, ona görə də, mətbuatda rəhbərliyin baş məşqçiyə güvənmədiyi barədə mütəmadi məlumatlar gedir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”