
“Aston Villa”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını “Barselona”da davam etdirmək istəyir.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, ingilis Kataloniya klubunun rəhbərliyini maraqlandırmaq üçün əvvəlki formasına qayıtmağı hədəfləyib.
Bu, Reşford üçün böyük stimuldur. O, “Barselona”ya transferi təmin etmək üçün mümkün qədər çox oynamaq və qol vurmaq istəyir.
27 yaşlı hücumçu İngiltərə Premyer Liqasının bu mövsümündə 16 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.