“Barselona” İspaniyada ən yaxşı və ən çox oynayan komandadır"

16 Fevral 00:00 İngiltərə 288
“Barselona” İspaniyada ən yaxşı və ən çox oynayan komandadır"

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinal oyunu öncəsi “Barselona” haqda danışıb.

Sportinfo.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis kataloniyalıların hücumda mükəmməl olduğunu deyib:

“Barselona” İspaniya çempionatında ən yaxşı və ən çox oynayan komandadır. Kataloniyalılar hücumda mükəmməldirlər və onların cari mövsümdəki nəticələri hər şeyi deyir”.

“Atletiko” ilə “Barselona” arasında kubok matçı fevralın 25-də keçiriləcək.

Madrid klubu İspaniya çempionatının turnir cədvəlində 2-ci, “Barselona” isə 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”