Argentinalı hücumçu üçün 150 milyon avro təklif etməyə hazırdır - Premyer Liqa mənsubu

15 Fevral 21:40 İngiltərə 438
Argentinalı hücumçu üçün 150 milyon avro təklif etməyə hazırdır - Premyer Liqa mənsubu

“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Sportinfo.az “OK Diario”-ya istinadən xəbər verir ki, argentinalı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.

“Qırmızı şeytanlar” yay transfer pəncərəsində Alvares üçün 150 milyon avro təklif etməyə hazırdır. MY bu mövsüm onun “Atletiko”dakı çıxışına heyran qalıb.

25 yaşlı forvard hazırkı komandasında hər şeydən razıdır və ayrılmağı planlaşdırmır. O, Madrid klubuna 2024-cü ilin yayında “Mançester Siti”dən keçib.

Alvares bu mövsüm 36 oyun keçirib, 17 qol vurub, 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”