![Fransızın “Real” arzusu - Paytaxtları dəyişmək istəyir](https://www.sportinfo.az/media/2025/02/13/saliba.jpg)
Fransa millisinin və “Arsenal”ın müdafiəçisi Vilyam Saliba karyerasını “Real”da davam etdirə bilər.
Sportinfo.az “getfootballnewsfrance”-a istinadən xəbər verir ki, “kral” klubu”nun rəhbərliyi 23 yaşlı futbolçunu gələn yay üçün prioritet hədəf kimi müəyyənləşdirib.
Fransalı oyunçunun özü Madrid klubuna qoşulmağa hazırdır. Saliba “Real”a transferini futbol arzusunun həyata keçməsi kimi görür.
Onun “topçular”la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Salibanın transfer dəyəri 80 milyon avro qiymətləndirilir. O, 2019-cu ildən “Arsenal”da çıxış edir.