![“Buradan ayrılan bütün oyunçular “qandallar”ını atırlar”](https://www.sportinfo.az/media/2025/02/12/rio-ferdinand-780x470.jpg)
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand İngiltərə klubunun futbolçularına edilən təzyiqlərdən danışıb.
Sportinfoaz “Daily Mail”-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Mançester Yunayted”dən ayrılan bütün oyunçular yeni kimi yaxşıdır. Onlar “qandallar”ını atırlar.
Doğma stadiondakı ab-hava və klubun emblemi futbolçular üzərində böyük təzyiq yaradır. Bu, yəqin ki, Markus Reşforda da təsir edib”.
Reşford bir müddət əvvəl “Mançester Yunayted”dən ayrılaraq “Aston Villa”ya keçib.
MY İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü yerdədir.