![“Qarabağ”ın sabiq hücumçusu ilə komanda yoldaşı ola bilər - Məşhur futbolçu](https://www.sportinfo.az/media/2025/02/11/kazemiro.jpg)
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro komandasını tərk edərək, karyerasını Braziliya çempionatında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Flamenqo” braziliyalı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.
“Qırmız şeytanlar” Kazemironu icarəyə göndərməyə və maaşının bir hissəsini ödəməyə hazırdır.
32 yaşlı yarımmüdafiəçi bu mövsüm 24 oyuna çıxıb, 3 qol vurub. Onun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub.
“Flamenqo” bir müddət əvvəl “Qarabağ”dan braziliyalı hücumçu Juninyonu transfer edib.