“Mənim futbolumu bəyənsələr də, bəyənməsələr də...” – Tənqidçilərinin cavabını verdi

11 Fevral 22:00 İngiltərə 118
“Mənim futbolumu bəyənsələr də, bəyənməsələr də...” – Tənqidçilərinin cavabını verdi

“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu komandası üçün bütün varlığı ilə mübarizə apardığını deyib:

“İnsanlar mənim futbolumu bəyənsələr də, bəyənməsələr də, deyə bilməzlər ki, mən bütün varlığımı kluba verməmişəm.

Guya ki, mən mübarizə aparmıram və bu klubun nə olduğunu hiss etmirəm”.

25 yaşlı Dalot bu mövsüm 37 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 19:50 Çək və bizə göndər!