![“Oynadığım böyük futbolçular arasından ən yaxşısını seçməli olsam…”](https://www.sportinfo.az/media/2025/02/11/ceydon-sanco.jpg)
“Çelsi”nin vingeri Ceydon Sanço keçmiş komanda yoldaşı, hazırda “Əl-Nəsr”in hücumçusu olan Kriştiano Ronaldo haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Mançester Yunayted”də birgə çıxış etdiyi Ronaldo ilə eyni komandada oynamağın şərəf olduğunu söyləyib:
“Mən çoxlu böyük oyunçularla oynamışam. Onların arasından ən yaxşısını seçməli olsam, Ronaldo deyərdim.
Onunla eyni komandada oynamaq mənim üçün şərəf idi. Onun münasibəti çox ruhlandırıcı idi”.
Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı Liqasında 18 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.