COP29

“İnsanlar deyirlər ki, burada həmişə pul hər şeyi həll edir”

18:20 İngiltərə 103
“İnsanlar deyirlər ki, burada həmişə pul hər şeyi həll edir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2009/10-cu ildən 2017/18-ci il mövsümünə qədər 115-dən çox maliyyə qaydasını pozmaqda günahlandıran “şəhəlilər” və Premyer Liqa rəhbərliyi arasındakı hüquqi mübarizədən danışıb.

Sportinfo.az “City Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı hökmün bir aya çıxacağını düşünür:

“Düşünürəm ki, hökm bir aya çıxacaq. Bundan sonra baş verənlərlə bağlı fikrimi öyrənə biləcəksiz.

Mənim sözlərim insanları inandırmayacaq. Bilirəm, insanlar “Mançester Siti” haqqında deyirlər ki, burada həmişə pul hər şeyi həll edir”.

İşə keçən ilin sentyabrından dekabrına kimi müstəqil komissiyada baxılıb. Bundan əvvəl mətbuatda yekun məhkəmə qərarının bu ilin yazında verilə biləcəyi barədə məlumatlar yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti