“Liverpul”un baş məşqçisi Arne Slot komandasının cari mövsümdə niyə inkişaf etdiyini açıqlayıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı güclənmələrinin iki səbəbi olduğunu bildirib:
“Məncə, güclənməyimizin iki səbəbi var. Birincisi, tez-tez birlikdə oynayırsızsa, sizdən nə gözlənildiyini daha yaxşı başa düşəcəksiz.
İkincisi, mən inanıram ki, nə qədər çox oyun oynasan, bir o qədər güclü olursan, o cümlədən fiziki cəhətdən.
Bəzi insanlar düşünür ki, çox oynayanda yorulursan, amma məncə, bu belə deyil”.
“Liverpul” dünən İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Tottenhem”i məğlub edərək (4:0), adını turnirin finalına yazdırıb.
Mersisayd klubu Premyer Liqada 23 turdan sonra turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.