COP29

“Olmalı olduğumuz yerdən çox uzaqlaşmışıq, hər şeyi başqa cür edə bilərdik”

00:20 İngiltərə 88
“Olmalı olduğumuz yerdən çox uzaqlaşmışıq, hər şeyi başqa cür edə bilərdik”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Liqa kubokunun yarımfinalında “Liverpul”la cavab oyununda məğlubiyyəti (0:4) şərh edib.

Sportinfo.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, avstarliyalı çalışdırıcı çətin, məyusedici axşam olduğunu bildirib:

“Çətin, məyusedici axşam oldu. Biz həqiqətən, oyuna istədiyimiz kimi daxil ola, müdaxilə edə bilmədik.

Öyrəşdiyimiz kimi, topla və topsuz oynamadıq. Biz “Liverpul”a çox erkən ritmə girməyə icazə verdik və təəssüf ki, bu, heç bir mərhələdə oyunu idarə edə bilməyəcəyimiz demək idi.

Olmalı olduğumuz yerdən çox uzaqlaşmışdıq. Onlar yaxşı komandadırlar, indi yaxşı dövr keçirirlər.

Bütün oyunçuları formalarının zirvəsindədir. Bu, bizim üçün çətin sınaq oldu, ancaq şübhəsiz ki, hər şeyi başqa cür edə bilərdik”.

“Tottenhem” iki oyunun nəticəsinə əsasən, Liqa kubokunun final mərhələsinə yüksələ bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti