![Premyer Liqada yanvarın ən yaxşı baş məşqçisi kim oldu?](https://www.sportinfo.az/media/2025/02/07/img_2554.jpg)
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu ada “Bornmut”un “sükanı arxasında” çalışan Andoni İraola layiq görülüb.
Mütəxəssis azarkeşlərin səsverməsinə əsasən Pep Qvardiola (“Mançester Siti”), Mikel Arteta (“Arsenal”) və Eddi Hounu (“Nyukasl”) qabaqlayıb.
“Bornmut” ötən ay İraolanın rəhbərliyi altında 4 matçda 3 qələbə qazanıb, 1 heç-heçəyə imza atıb. Komanda Premyer Liqada 40 xalla yeddinci pillədə qərarlaşıb.