COP29

“Mən çox qürurlu oğlan olduğum üçün bunu demək çətindir”

7 Fevral 22:00 İngiltərə 100
“Mən çox qürurlu oğlan olduğum üçün bunu demək çətindir”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim sələflərinin işini qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı mətbuat konfransında bunları deyib:

“Erik ten Haq və Ruud Van Nistelroy bu komanda ilə məndən daha yaxşı iş gördülər. Mən çox qürurlu oğlan olduğum üçün bunu demək çətindir, amma normal qəbul edirəm. Mənim üçün bunda pis heç nə yoxdur”.

“Qırmızı şeytanlar” cari mövsümə oktyabrın sonunda qovulan Erik ten Haqın rəhbərliyi altında başlayıb.

Müvəqqəti məşqçi rolunu qısa müddətə Amorimin noyabrda gəlişindən sonra klubu tərk edən Ruud van Nistelroy yerinə yetirib.

Nistelroy İngiltərə kubokunun bugünkü matçında “Mançester Yunayted”lə qarşılaşacaq “Lester”in başına keçib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Fevral 18:10 Çək və bizə göndər!