COP29

Yanvarın ən yaxşı futbolçusu məlum oldu - Premyer Liqada

18:20 İngiltərə 94
Yanvarın ən yaxşı futbolçusu məlum oldu - Premyer Liqada

“Bornmut”un hücumçusu Castin Klyuvert yanvar ayında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.

Klyuvert yanvarda İngiltərə Premyer Liqasında “Bornmut”un heyətində 4 matçda iştirak edib. 25 yaşlı hücumçu 22-ci turda “Nyukasl”la qarşılaşmada (4:1) het-trikə imza atıb.

Onun aktivində 2 məhsuldar ötürmə də var. O, ümumilikdə Premyer Liqanın cari mövsümündə 23 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Bornmut” İngiltərə Premyer Liqasının turnir cədvəlində 7-ci yerdədir. Komanda 24 oyuna 40 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti