COP29

“Onun yerində olsaydım, deyərdim: “Gəl bizimlə məşq et, görüm, nə edə bilərsən”

01:30 İngiltərə 74
“Onun yerində olsaydım, deyərdim: “Gəl bizimlə məşq et, görüm, nə edə bilərsən”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand klubun baş məşqçisi Ruben Amorimin hazırda azad agent olan yarımmüdafiəçi Pol Poqba ilə maraqlanmalı olduğunu düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mən Amorimin yerində olsaydım, Poqbaya deyərdim: “Gəl bizimlə məşq et, görüm nə edə bilərsən”. Mən bunu çoxdan edərdim”.

Poqba hazırda azad agentdir. O, qadağan olunmuş maddə qəbul etdiyinə görə dörd il müddətinə diskvalifikasiya edilmişdi, lakin İdman Arbitraj Məhkəməsi (CAS) diskvalifikasiya müddətini 18 aya endirib

. Bununla belə, futbolçu yanvarda məşqlərə qayıda bilər.

Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 04:00 Qazanan "Naxçıvan"dır
5 Fevral 03:00 Bunu da Tovuzda etdilər