“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının bu qış transfer hədəflərini şərh edib.
Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Bizim dəqiq məqsədimiz var: transfer pəncərəsi açılanda, təsir edə biləcək oyunçularla heyətimizi təkmilləşdirmək imkanlarını araşdıracağıq.
Oyunçuların zədələnməsinə görə çətin vəziyyətə düşdük və yeni transferlərə nail ola bilmədik. Bu baxımdan məyus olduq, amma müəyyən oyunçulara ehtiyacımız olduğunu da başa düşürük.
Bu, məhz profildir – komandamızı əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcəyinə inandığımız oyunçu. Maliyyə baxımından bir çox yol var və biz bizi uğura aparan çərçivəyə sadiq qalmalıyıq”.
London klubu yanvarda heç bir transfer etməyib. “Arsenal” hazırda Premyer Liqanın turnir cədvəlində 50 xalla ikinci yerdədir. İngiltərə çempionatına 56 xalla “Liverpul” başçılıq edir.