COP29

PSJ-dən ispaniyalı vingeri sıralarına qatdı - Premyer Liqa mənsubu

18:40 İngiltərə 131
PSJ-dən ispaniyalı vingeri sıralarına qatdı - Premyer Liqa mənsubu

PSJ-nin futbolçusu Marko Asensio karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "Aston Villa" ispan vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı ön xətt oyunçusu mövsümün sonuna kimi Birmingem klubunun formasını geyinəcək.

Marko Asensio 2023-cü ilin yayından PSJ-də çıxış edir. İspaniya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti