“Liverpul”un hücumçusu Darvin Nunyes onu “Əl-Nəsr”ə buraxmayan klub rəhbərliyindən narazıdır.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu mersisaydlılara 84 milyon avroluq təkliflə müraciət edib və futbolçunun özü də karyerasını Kriştiano Ronaldo ilə eyni komandada davam etdirməyin əleyhinə deyil.
“Qırmızılar”ın rəhbərliyi onu satmaqdan imtina edib. Nəticədə, “Əl-Nəsr” Con Duranı “Aston Villa”dan alıb və Nunyeslə “Liverpul” rəhbərliyi arasında münasibətlər gərginləşib.
25 yaşlı uruqvaylı forvard bu mövsüm bütün klub yarışlarında 29 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “qırmızılar”la hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.