“Tottenhem” bazar günü öz meydanında “Lester”ə 1:2 hesabı ilə uduzaraq azarkeşlərini yenidən məyus edib.
Sportinfo.az “Football.london”-a istinadən xəbər verir ki, Angelos Postekoqlu yaxın vaxtlarda “Tottenhem”in baş məşqçisi vəzifəsindən göndərilməyəcək.
London klubu avstarliyalı məşqçi ilə işləməyə davam edəcək və ciddi kadr problemləri fonunda qış transfer pəncərəsinin son günlərində onun üçün ən azı bir yeni oyunçu almağa çalışacaq.
“Tottenhem”in bu həftə “Elfsborq” (UEFA Avropa Liqası) və “Brentford”la (Premyer Liqa) oyunları var. Komanda İngiltərə çempionatının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.