COP29

Serbiyalı hücumçunu istəyir - Premyer Liqa təmsilçisinin yeni hədəfi

27 Yanvar 18:40 İngiltərə 479
Serbiyalı hücumçunu istəyir - Premyer Liqa təmsilçisinin yeni hədəfi

"Yuventus"un hücumçusu Duşan Vlahoviç "Napoli" ilə oyun üçün komandanın heyətində yer almayıb.

Sportinfo.az “Sunday Mirror”a istinadən bildirir ki, məşqçilər korpusunun bu qərarı forvardın İngiltərə Premyer Liqasına gedə biləcəyi ilə bağlı şayiələrin artması ilə bağlıdır.

“Arsenal" serb forvardı heyətinə qatmaqda maraqlıdır. 2022-ci ildən Vlahiçi heyətinə qatmaq istəyən “topçular” bu qış istəyini reallaşdıra bilər.

Bu mövsüm Duşan İtaliya A Seriyasında 17 matçda 7 qol vurub. Onun “Yuventus”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Forvard karyerası ərzində “Partizan” və “Fiorentina”da da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 02:50 "Neftçi"də buna nail oldu