“Liverpul”un hücumçusu Məhəmməd Salahın karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantı var.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” misirli futbolçu ilə maraqlanır.
Səudiyyə Ərəbistanı klubu 32 yaşlı hücumçu üçün böyük şəxsi təklif hazırlayır. Müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.
Salahın “Liverpul”la hazırkı müqaviləsi yayda başa çatacaq. O, bu mövsüm “qırmızlar”ın heyətində 31 oyuna çıxıb, 22 qol vurub və 17 məhsuldar ötürmə edib.