“Mançester Yunayted”in çalışdırıcısı Ruben Amorim “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Aleks Ferqyusonla komandanın cari mövsümdəki çıxışı barədə danışdığını açıqlayıb.
Sportinfo.az “Radio 5 Live”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Ferqyusonla bir neçə dəfə danışdığını bildirib:
“Ser Alekslə bir neçə dəfə danışmışam. Klubun tarixini bilirəm, amma indi “Mançester Yunayted”in baş məşqçisi olmaq çox çətindir.
Çox çətindir, amma inanmalıyam. Müsbət münasibət saxlamaq üçün ona zəng etməyə çalışıram”.
“Mançester Yunayted” 22 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.