COP29

Müqaviləni uzatdı, xanımı qısqandı - Boşanma qərarına səbəb bu imiş... FOTOLAR

18 Yanvar 18:40 İngiltərə 346
Müqaviləni uzatdı, xanımı qısqandı - Boşanma qərarına səbəb bu imiş... FOTOLAR

Xəbər verdiyimiz kimi, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və həyat yoldaşı Kristina Serra ayrılıb.

Sportinfo.az xəbər verir ki, onların boşanma qərarı ilə bağlı iddia yayılıb.

İddiaya əsasən, cütlüyün yollarını ayırmasına səbəb Qvardiolanın İngiltərə klubu ilə müqaviləni 2027-ci ilə qədər uzatmaq qərarı olub.

Bundan sonra Serra boşanmaq istədiyini dilə gətirib. O, həyat yoldaşını futbolu münasibətlərindən üstün tutmaqda günahlandırıb.

Müqavilə mövsümün sonunda başa çatmalı idi, lakin Qvardiola ötən ilin noyabrında iki illik uzadılması barədə şərtlərlə razılaşıb.

Qvardiola və Kristinanın münasibəti 1994-cü ildə Pep “Barselona”da oynadığı vaxt başlayıb. 2014-cü ildə isə onlar münasibətlərini rəsmiləşdirməyə qərar verərək Matadepera bölgəsində evləniblər.

Onların bu evlilikdən Mariya (24), Marius (22) və Valentina (17) adlı üç uşaqları var.


Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 03:30 "Sabah" məğlub etdi