COP29

"Yaxşı il idi, ardıcıl oynadım və qollar vurdum, buna görə də şadam" - Beşinci dəfə ən yaxşı seçildi

11 Yanvar 12:20 İngiltərə 161
"Yaxşı il idi, ardıcıl oynadım və qollar vurdum, buna görə də şadam" - Beşinci dəfə ən yaxşı seçildi

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Norveçdə ilin ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyasının (NFF) saytında məlumat verilib.

24 yaşlı futbolçu ardıcıl 5-ci dəfə mükafata layiq görülüb.

“Bu mükafat mənim üçün çox önəmlidir, mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Ardıcıl beşinci ildir ki, mükafatı qazanmaqdan qürur duyuram.

Yaxşı il idi, ardıcıl oynadım və qollar vurdum, buna görə də şadam. Fantastik komanda ilə Premyer Liqanı qazandıq”, – Haaland deyib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 19:30 Çək və bizə göndər!