İngiltərə Premyer Liqasındakı son istefa “Everton”da baş tutub. Şon Dayç klubda iki ildən sonra nəhayət, baş məşqçi yerini itirib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, onun yerinə müxtəlif namizədlər müzakirə olunur.
“Mançester Yunayted” və “Vest Hem”in keçmiş çalışdırıcısı David Moyesin adı hallanır. Ancaq indi ən real namizəd Joze Mourinyo hesab olunur.
Məlum olduğu kimi, Mourinyonun İngiltərə çempionatında böyük təcrübəsi var, o, “Çelsi”, “Mançester Yunayted” kimi komandaları çalışdırıb.
Portuqaliyalı mütəxəssisin “Everton” rəhbərliyi ilə münasibətlərində müəyyən çətinliklər olub. Ancaq görünür, tərəflər indi peşəkar əməkdaşlıq lehinə şəxsi iddiaları arxa plana keçirməyə hazırdırlar.
Mourinyo hazırda “Fənərbaxça”nı çalışdırır.