Amerikalı sahibkar İlon Mask İngiltərənin “Liverpul” futbol klubunu almaq istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Guardian”a milyarderin atası Errol Mask bildirib.
“Bəli, İlon klubu almaq istəyir. Amma bu o demək deyil ki, onu alacaq. O, istərdi, bəli, əlbəttə. İstənilən olardı. Mən də!” - o deyib.
Klub hazırda Amerika investisiya şirkəti “Fenway Sports Group”a (FSG) məxsusdur. “Liverpul” 46 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.