“Mançester Yunayted”in oyunçuları komandanın daxilindəki bir çox məsələlərin mətbuata sızdırılmasından narahatdırlar.
Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Futbolçular komandanın daxilindəki “cəsus”u axtarırlar.
Bildirilib ki, “Qırmızı şeytanlar”dan xaricə məlumat sızması halları keçmiş baş məşqçi Erik ten Haqın dövründə başlayıb və hazırkı çalışdırıcı Ruben Amorimin rəhbərliyi altında da davam edir.
Vurğulanır ki, “Mançester Yunayted”in ən nüfuzlu oyunçuları “super detektivlərə” çevrilib və mediaya məlumat sızdıran şəxsi tapmağa çalışırlar.
“Mançester Yunayted”də hazırda böhran hökm sürür.
Komanda Premyer Liqadakı nəticələrini yaxşılaşdıra bilmir. Onlar turnir cədvəlində 22 xalla 14-cü yerdədirlər.