“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ispaniyalı mütəxəssis Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”dəki böhranla bağlı sualı cavablandırıb.
Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, yalnız Qvardiolanın baş verənlərin səbəbi barədə məlumatlı danışa biləcəyini söyləyib:
“Qvardiolanın “Mançester Siti” böhranı zehni aspektin vacibliyini göstərir, çünki Rodridən başqa, bütün oyunçular hələ də oradadırlar.
Amma nəticələr qorxulu dərəcədə pisdir. Yalnız Pep baş verənlərin səbəbi barədə məlumatlı danışa bilər. Qalan hər şey bayağı və səthidir”.
Qvardiolanın komandası bütün yarışlarda keçirdiyi son 10 matçda iki dəfə qalib gəlib, üç oyunda heç-heçə edib, beşində isə uduzub.