“Nyukasl”ın hücumçusu Aleksander Isakı almaq istəyənlər böyük məbləğdə pul ödəməli olacaqlar.
Sportinfo.az “Telegraph Football”-a istinadən xəbər verir ki, “Arsenal” uzun müddətdir isveçli oyunçuya iddialılar arasındadır və Məhəmməd Salahın ayrılacağı təqdirdə, “sağsağanlar”ın lideri “Liverpul”un da transfer hədəfinə çevrilə bilər.
“Nyukasl” İsak üçün 150 milyon funt-sterlinq (180 milyon avrodan çox) istəyəcək. 25 yaşlı hücumçunun uğurlu çıxışına baxmayaraq, çətin ki, kimsə belə bir məbləğ ödəməyə razı olsun.
İsak cari Premyer Liqada 16 matçda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.